Uşaq hüquqları üzrə pilləli tədris layihəsi regionlarda da davam etdiriləcək

Uşaq hüquqları üzrə pilləli tədris layihəsi regionlarda da davam etdiriləcək

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə Ombudsman təsisatı tərəfindən Bakı şəhərinin üç pilot məktəbində uşaq hüquqları üzrə pilləli tədris layihəsi uğurla həyata keçirilib, bu təcrübə yüksək dəyərləndirilərək həmin təhsil ocaqlarında ilk uşaq hüquqlarının tədrisi mərkəzləri yaradılıb. SİA-nın xəbərinə görə, interaktiv metodlarla həyata keçirilən tədris müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Cari ildə Bakı şəhəri üzrə hər rayonun bir məktəbində bu layihə davam etdirilib.

Ombudsanın Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi Uşaq hüquqları üzrə pilləli tədris layihəsi növbəti tədris ilindən respublikanın 8 rayonunda həyata keçiriləcək. Bu layihənin icrası ilə bağlı artıq hazırlıq işlərinə başlanıb. Buna uyğun olaraq, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə Biləsuvar şəhər 4 saylı, Cəlilabad şəhərindəki akademik Zərifə ƏIiyeva adına 7 saylı orta məktəblərdə bu təhsil müəssisələrinin rəhbərliyi və pedaqoji kollektivinin iştirak etdiyi tədbirdə Uşaq hüquqları üzrə pilləli tədris layihəsinin təqdimatını keçirib. Layihə barədə geniş məlumat verilmiş, iştirakçıların sualları ətraflı cavablandırılıb.

Uşaq hüquqları üzrə pilləli tədris layihəsi maraqla qarşılanıb. Həmin tədbirlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşlan Z.İsmayılov və B.Əliyev iştirak ediblər. Layihənin tədqimatı Quba və Şabran rayonlarmda da davam etdirilib. Tədbirlərdə Müvəkkilin Quba regional mərkəzinin əməkdaşlan V.Hümmətov və T.Zülfüqrov da iştirak ediblər.

Qeyd olunmalıdır ki, rayonlara səfərlərdə hər il bütün dünyada qeyd olunan HİV/AİDS-dən dünyasını dəyişmiş insanların anım gününə həsr olunmuş "HİV/AİDS və insan hüquqları" mövzusunda silsilə tədbirlər keçirilib. Tədbirlərdə QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri də çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə