İmtahanlara gələn şəxslərdən vaksinasiya tələb olunacaq?

İmtahanlara gələn şəxslərdən vaksinasiya tələb olunacaq?

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı sənədin tələb olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.

SİA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasadə deyib ki, ötən il namizədlərdən yalnız koronavirusa yoluxma ilə bağlı bəyannamə tələb olunmuşdu:

"Bu il də eyni qayda olacaq. Hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, o, xəstə deyil və xəstə şəxslə təmasda olmayıb. Ötən il olduğu kimi bu il də hərarəti olanlar imtahana buraxılmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə