Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. SİA-nın xəbərinə görə, mayın 18-də urologiya, hematologiya və pediatriya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 106 həkim iştirak edib. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib.

Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 100 nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə mayın 25-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə