Şagirdlərin və müəllimlərin virusa yoluxma statistikasını hər gün ictimaiyyətlə bölüşürük - Rüstəm Ağayev

Tədris prosesi onlayn şəkildə davam etsə də, şagirdlərin və müəllimlərin virusa yoluxma statistikasını hər gün ictimaiyyətlə bölüşürük. SİA xəbər verir ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. Müşavir bildirib ki, biz Səhiyyə Nazirliyindən gündəlik yoluxma statistikasını götürürük: "Yoluxan müəllim və şagirdlər dərhal təcrid edilir. Kovidlə bağlı hər hansı problem olan kimi biz onu lokal olaraq həll edirik. Gigiyena qaydaları və sosial məsafənin qorunması "Məktəblinin Dostu" Layihəsi çərçivəsində tənzimlənir. Bu işlər könüllülər əsasında aparılır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə