Tədris prosesinin bərpası ilə əlaqədar nazirdən - AÇIQLAMA

Bu gün Təhsil Nazirliyinin brifinqi keçirilir. SİA xəbər verir ki, brifinqdə Təhsil Naziri Emin Əmrullayev, Ümumi Təhsildə Məzmun, Tədris və Qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev iştirak edir.

Təhsil naziri çıxışında bildirib ki, bugünkü brifinq təhsil müəssisələrinin mərhələli şəkildə bərpasına həsr edilib: "Təhsil müəssisələrinin bərpası təkcə nazirliyin verə biləcəyi bir qərar deyil. Bu mənada son vəziyyətdən asılı olaraq aşağıdakı qərar verilib. 1 fevral tarixindən başlayaraq mərhələli şəkildə təhsilin bərpasına başlanacaq. İbtidai siniflər və məktəbəqər təhsil böyük şəhərlərdə həftədə 3 gün olmaqla qismən bərpa edilir".

E.Əmrullayev qeyd edib ki, növbəti mərhələlərlə bağlı bir sıra 5-9-cu siniflər və peşə təhsili ilə bağlı bərpanı nəzərdə tuturuq: "Lakin yenə də bildirim ki, bu, yoluxmanın artımından asılı olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə