Distant dərslərin müşahidəsi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində distant dərslərin müşahidəsi davam edir. SİA-nın verdiyi məlumata görə, layihənin ikinci günü Bakı şəhəri 26, 53, 54, 114, 145, 182, 233, 236, 257, 258, 307 nömrəli tam orta məktəblər üzrə distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən müşahidə olunub.

Layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.

“Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.

Distant tədris prosesinin səmərəliliyini artırmaq məqsədi ilə layihə çərçivəsində dərs müşahidələrinin davamlı təşkili qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...