Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin ilkin mərhələsi bitib
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin ilkin mərhələsi bitib. Baş Prokurorluq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi altında prokurorluq orqanlarına işə qəbul keçirib. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında bildirib ki, əvvəlki 9 müsabiqə nəticəsində işə qəbul olunmuş 391 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 41 faizini təşkil edir.
Belə ki, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 2011-ci il yanvarın 6-da vakant olan 100 ştat vahidi üzrə müsabiqə elan edilib. Müraciət etmiş 454 namizəddən Azərbaycan Texniki Universitetinin \"İdman Sarayı\"nda keçirilən test imtahanında 442 namizəd iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB