Beynəlxalq ikili diplom proqramının təsis olunması istiqamətində danışıqlar davam edir

Beynəlxalq ikili diplom proqramının təsis olunması istiqamətində danışıqlar davam edir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 3 beynəlxalq ikili diplom proqramı təsis olunub.

Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-25), ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-20), Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-96) həyata keçirilməkdədir.

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının təsis olunması istiqamətində isə danışıqlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə