Ürək transplantasiyasını xüsusi lisensiya əsasında həyata keçirmək mümkün olacaq

Ürək transplantasiyasını xüsusi lisensiya əsasında həyata keçirmək mümkün olacaq

Azərbaycanda ürək nəqli əməliyyatların aparılması üçün maddi-texniki baza və kadr baxımından heç bir problem yoxdur. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev məlumat verib. O bildirib ki, Azərbaycanda ürək və ya digər orqanların transplantasiyası üçün də Səhiyyə Nazirliyi ciddi işlər aparır. Onun sözlərinə görə, gələcəkdə ürək transplantasiyasını Səhiyyə Nazirliyinin xüsusi lisensiyası əsasında həyata keçirmək mümkün olacaq.

"Nazirlik bu məsələ üzərində ciddi olaraq çalışır. Bunun hüquqi bazası tamamlandıqdan sonra inanıram ki, Azərbaycanda müvafiq əməliyyatları həyata keçirmək mümkün olacaq. Xəstələrin müalicəsi üçün lazımi avadanlıqlar və həkimlərimiz var, getdikcə bu işlər daha da təkmilləşir. 5-10 illlə müqayisədə bu gün ürək xəstəliklərinin müalicəsi çox yüksək səviyyədə həyata keçirilir. Ancaq təbii ki, biz bugünki səviyyəmizlə kifayətlənmirik və gələcək illər üçün də müəyyən işlər görməyi, layihələr həyata keçirməyi nəzərdə tuturuq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə