UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq!

Salam, əziz həmkarlar! Xahiş edirəm bu məlumatın təmsil etdiyiniz KİV orqanında yayımlanmasına kömək edəsiniz. Öncədən təşəkkür edirəm!

UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) “Marketinq” ixtisasının birinci kurs tələbələri distant dərs zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi özlərinəməxsus üslubda ehtiramla yad ediblər. Onlar dərsə ZOOM hesablarındakı profil şəkillərini və adlarını şəhidlərin foto və adları ilə dəyişərək qatılıblar .

Dövlət Himn ilə başlanan dərsdə müəllim Bəsti Əliyeva və tələbələrdən Hacı Qafarov, Sadiq Dəmirli, Fidan Heydərova, Fatimə Qarayeva, Seymur Süleymanov şəhidlərlə bağlı fikirlərini bölüşüblər. Tələbələr bildiriblər ki, şəhidlərin xatirəsini hər zaman uca tutacaq, onların adlarını əməllərində yaşadacaqlar.

Tələbələrin bu addımı sosial mediada da böyük marağa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...