ADU-da yeni formada Yekun Dövlət Attestasiyası keçiriləcək

ADU-da yeni formada Yekun Dövlət Attestasiyası keçiriləcək

Təhsil naziri, professor Misir Mərdanovun ADU-ya ünvanlanmış 19.04.2011-ci il tarixli 46-11-3185/17 saylı məktubu və ADU Elmi Şurasının 26.04.2011-ci il tarixli iclasının qərarına əsasən ADU-nun rektoru, professor Səməd Seyidov 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriat ali təhsil pilləsinin məzunlarının yekun Buraxılış Dövlət Attestasiyasının Yeni Müvəqqəti Qaydalarının təsdiq edilməsi haqqında 26.04.2011-ci il tarixli 36 saylı əmr imzalayıb.

Əmrə əsasən, ADU-da IV kurslarda eksperiment şəklində yeni formada Yekun Dövlət Attestasiyası keçiriləcəkdir. Dövlət imtahanları və buraxılış işlərinin əvəzinə tələbələr hesabat hazırlayacaqlar. Hesabatda tələbələrin təhsil fəaliyyətində iştirakı, elmi-tədqiqat fəaliyyəti, universitetdə tədrisin keyfiyyətində özünü qiymətləndirməsi və bir neçə parametrlər öz əksini tapacaq. Hesabatlar ixtisaslar üzrə müvafiq Yekun Buraxılış Dövlət Attestasiya Komissiyalarına təqdim edilməlidir.

Tələbələr bakalavriat təhsil pilləsini bitirmək haqqında hesabat formasınıwww.adu.edu.azsəhifəsinə daxil olub qarşıdakı linkdən yükləyə bilərlər.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə