Bu universitet II Qarabağ Müharibəsinin iştirakçısı olan tələbələrini təhsil haqqından azad etdi

Qərbi Kaspi Universitetinin rəhbərliyi İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan tələbələrlə bağlı qərar qəbul edib. Belə ki, döyüşlərdə iştirak edən cari tələbələr və akademik məzuniyyətdə olan tələbələrin təhsil haqqını universitet öz üzərinə götürüb. Qərar eyni zamanda universitetin Kollecinin tələbələrinə addir. Bu barədə məlumat universitetin sosial şəbəkə səhifələrində yayımlanıb.

Qeyd edək ki, universitetin 13 tələbəsi döyüşlərdə iştirak edib, onlardan üçü qəhrəmancasına şəhid olub.

Xatırladaq ki, Qərbi Kaspi Universiteti müharibə dövründə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat ianə köçürmüşdü, Sərhəd Qoşunlarına iki avtomobil ("Pickup" və "Niva") hədiyyə etmişdi və Bərdə Xəstəxanasına zəruri tibbi ləvazimatlar, yataq dəstləri və hospital şəraitində istifadə olunan digər ləvazimatlar göndərmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...