Azərbaycanlı həkimlər Portuqaliyada keçirilən beynəlxalq konqresdə ölkəmizi təmsil edəcək

Azərbaycanlı həkimlər Portuqaliyada keçirilən beynəlxalq konqresdə ölkəmizi təmsil edəcək
Bu ilin oktyabr ayında Portuqaliyada Avropa Ürək Cərrahiyyəsi Cəmiyyətinin konqresi keçiriləcək. Bu konqresdə Azərbaycanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə SİA-ya açıqlamasında Kamran Musayev özü məlumat verib.O bildirib ki, konfrans ürək cərrahiyyəsinin müasir problemlərinə həsr olunacaq: "Konqres 4 gün davam edəcək və mənim rəhbərliyim altında bir qrup həkim ölkəmizi təmsil edəcəyik. Orada bizlərin də müxtəlif mövzulu məruzələrlə çıxış etməsi nəzərdə tutulur. May ayında isə Amerika Ürək və Damar Cərrahiyəsinin toplantısına dəvət almışdıq. Ancaq ölkəmizdə keçirilən konqreslə əlaqədar olaraq orada iştrak edə bilmədik. İnanırıq ki, Portuqaliyada təşkil olunacaq toplantıda ölkəmizi lazımi səviyyədə təmsil edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə