Abel Məhrrəmov: “Hələlik uzaq bir kənddə qiyabi təhsildən distant təhsilə keçmək üçün imkan yoxdur”
Azərbaycanda qiyabi təhsilin distant təhsilə keçilməsi ilə bağlı hazırlıq işləri gedir. Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov məlumat verib. O bildirib ki, bunu birdən-birə həyata keçirmək çox çətin bir məsələdir. A.Məhrrəmovun sözlərinə görə, müəllimlərin mühazirə mətnlərini kompüterə daxil etmək lazımdır. Bunun üçün hər bir tələbənin evində internetə qoşulması üçün kompüterin olmasının vacib olduğunu deyən rektor qeyd edib ki, hələlik uzaq bir kənddə qiyabi təhsildən distant təhsilə keçmək üçün imkan yoxdur.
"Hansısa rayonda və ya kənddə bir tələbə-bir müəllim yaratmaq mümkün deyil. Bu baxımdan tədricən iş görülür və prezidentin dövlət proqramları var. Cənab prezidentin gənclərlə görüşündə təhsillə bağlı bu və ya digər məsələlər müzakirə olunub. Mən əminəm ki, "2011-2015-ci illərdə Azərbaycan gəncliyi" Dövlət proqramı çərçivəsində bu məsələlər öz əksini tapacaq", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB