Nazir müavini: “İlin sonuna qədər bütün tibb müəssisələri vahid resept blankı ilə təmin olunacaq”
Cari ilin sonuna qədər bütün tibb müəssisələri vahid resept blankı ilə təmin olunacaq. Bu barədə SİA-ya açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, vahid resept blanklarının tətbiqi məsələsi payız aylarında tam öz əksini tapacaq. Nazir müavininin sözlərinə görə, hazırda dövlət tibb müəssisələrinə dövlət hesabına alınan vahid resept blankları pulsuz olaraq verilir.
"Özəl və ya digər müəssisələr isə öz vəsaitlərini dövlət büdcəsinə ödəməklə bu blankları əldə edə bilərlər. İlin sonuna kimi bu məsələlər tam şəffaflıq və aydınlıq şəklində öz həllini tapacaq. Bu günə kimi müəyyən sayda müəssisələrə artıq bu blanklar paylanıb və bunların müəyyən nəticələri də var", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB