Azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir

Azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir

Belarus Respublikasının Ana və Uşaq Mərkəzinin 4 nəfərdən ibarət tanınan professor və müəllim heyəti tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir. SİA-nın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təkmilləşdirmə kursları həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə aaprılır.

Ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara respublikada fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan 150 həkim müdavim cəlb olunub. 16-26 may tarixlərində təşkil olunan kurslar Respublika Perinatal Mərkəzin bazasında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə