Son 5-10 il ərzində 15 xərçəng tipinin ölüm nisbəti azalıb

Son 5-10 il ərzində 15 xərçəng tipinin ölüm nisbəti azalıb

Son 5-10 il ərzində ən çox aşkar olunan 15 xərçəng tipindən 7-nin ölüm nisbəti azalıb. SİA-nın xəbərinə görə, bu xəstəliklər arasında yoğun bağırsaq, beyin, mədə, böyrək, xarici linfa, leykoz və miyeloma daxilir.

Türk Hematoloji Dərnəyinin başçısı prof. dr. Mühit Özcan 11-14 may tarixlərində İstanbulda təşkil edilən mətbuat konfransında verdiyi açıqlamada Türkiyədə hələ də linfa, leykoz xəstəliklərinin qəti sayına dair dəqiq məlumatın olmadığını bildirib.

Linfa, leykoz və miyelomanın qan xərçənglərinin dəyişik tiplər olduğunu deyən prof. dr. Özcan "ABŞ-da 65 min adam üzərində aparılan müayinələrdən sonra gəlinən nəticəyə görə, 4 il və həftənin 4 günundən çox parasetamol ağrıkəsicinin istifadəsində qan xərçənginin yaranma riskinin daha çox olduğu sübut edilib. Lakin bu dərmanlar doğru şəkildə və həkim nəzarətində istifadə edildiyində təhlükə riski olmaz. Hər şeydə olduğu kimi, dərmanların da azı xeyir verməz, çoxu isə zərər verər",-deyə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə