Yerli təhsili idarəetmə orqanları "Virtual məktəb"ə nəzarət edəcəklər

Yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarət etmək məqsədilə yeni imkanlar təqdim edilib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbər heyətinə təqdim olunmuş istifadəçi adı və şifrə ilə “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür.

Qeyd edək ki, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə