Erməni təxribatı nəticəsində 9 şagird ölüb, 50-ə yaxın məktəb yararsız hala düşüb Emin Əmrullayev
Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb.
SİA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatı yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib.
Nazir bildirib ki, uşaqların təcavüzə məruz qalması erməni terrorunun bariz nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə