UNEC-in Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad etməsi uğrunda Ermənistanın hərbi təxribatına qarşı əks-hücum əməliyyatını böyük ruh yüksəkliyi ilə izləyərək, torpaqlarımızın günbəgün azad olunmasından qürur duyur. UNEC kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq vəsait köçürməsi aksiyasını davam etdirir. Davam edən aksiyada UNEC kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna artıq 171 min 125 manat köçürüb.

UNEC kollektivi Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə şanlı səhifə yazan, qürur mənbəyimiz olan qüdrətli Ordumuza yeni-yeni zəfərlər arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...