UNEC-ə qəbul olan I kurs tələbələri üçün Oriyentasiya günü keçiriləcək

19-23 oktyabr tarixində UNEC-ə, eləcə də Zaqatala filialına qəbul olan I kurs tələbələri üçün Oriyentasiya günü təşkil olunacaq. Görüşlərin təşkilində məqsəd birinci kurslara fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə kreditlərin miqdarı, sərbəst iş üçün yaradılan şərait, biliyin qiymətləndirilməsi, tələbə mobilliyi, tələbə həyatı və digər qaydalar haqqında məlumatların verilməsidir.

Oriyentasiyanın təşkili cədvəli tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. Tələbələr Oriyentasiya günü ilə bağlı suallarını fakültə sənəd qəbulu komissiyasına ünvanlaya bilərlər.

Qeyd: Sanitar epidemioloji vəziyyət nəzərə alınaraq, universitetə daxil olarkən qoruyucu vasitələrdən istifadə edilməsi tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə