BDU-da riyaziyyatçıların konfransı keçirilir

BDU-da riyaziyyatçıların konfransı keçirilir

Bu gün Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş "Riyaziyyatın tətbiqi problemləri" mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbiri açan BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafında tarixi xidmətlərindən danışıb. Dahi şəxsiyyət Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən prorektor ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinın dekanı, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Mehdiyev fakültənın uğurları barədə danışıb. Sonra "Diferensial tənliklər və riyazi modelləşdirmə", "Əməliyyatlar tədqiqi, ehtimal nəzəriyyəsi və riyazi statistika, riyazi kibernetika", "Optimal idarəetmə və informatika", "Riyazi iqtisadiyyat" bölmələri üzrə iclaslar keçirilib.

Riyaziyyatın müxtəlif sahələrinə aid 100 yaxın məqalə və məruzələrdən ibarət konfrans 4 bölmədən ibarətdir

Bütün xəbərlər Facebook səhifəmizdə