UNEC-in Zaqatala filialında respublika elmi konfransı keçiriləcək

UNEC-in Zaqatala filialında respublika elmi konfransı keçiriləcək

Oktyabrın 30-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında onlayn formatda “Regionların sosial-iqtisadi inkişafında müasir universitetlər: yeni çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək. UNEC-dən SİA-ya bildirilib ki, konfrans idarəetmə elmində, maliyyə, mühasibat uçotu, audit və iqtisadiyyatın digər sahələrində, fənlərarası inteqrasiya və iqtisadi effektlər bölmələri üzrə aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə