Kamran Musayev: “Azərbaycanda ixtisaslı kadrların qısa zaman çərçivəsində yetişməsi, yerləşdirilməsi qeyri-mümkündür”

Kamran Musayev: “Azərbaycanda ixtisaslı kadrların qısa zaman çərçivəsində yetişməsi, yerləşdirilməsi qeyri-mümkündür”
Səhiyyənin bütün sahələrində olduğu kimi kardiologiya sahəsinin də ən çətin məsuliyyətli hissəsi kadrların yetişdirilməsidir. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev məlumat verib. O bildirib ki, bütün Azərbaycanda ixtisaslı kadrların birdən-birə, qısa zaman çərçivəsində yetişməsi, yerləşdirilməsi qeyri-mümkündür. K.Musayev vurğulayıb ki, Azərbaycan kardiologiyasını 5-10 il bundan əvvəlki dövrlərlə müqayisə etdikdə görmək olar ki, sadəcə tibbi avadanlıqlar yox, kadr cəhətdən də çox ciddi irəliləyişlər var. Kadr hazırlığı məsələsinin zamanla əlaqədar olduğunu deyən cəmiyyətin sədri qeyd edib ki, bu gün dünyada bir gəncin kardioloq kimi yetişməsi, kardioloq diplomu alıb fəaliyyət göstərə bilməsi üçün 11-12 il oxuması, fasiləsiz tibb təhsili alması lazımdır.

"Amma 5-10 il əvvəllərlə müqayisə etdikdə kadr məsələsində ciddi irəliləyişlər nəzərə çarpır. İnanıram ki, qarşıdakı 5-10 il ərzində digər məsələlərdə olduğu kimi kadr məsələsində də böyük irəliləyişlər olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə