Sabahdan ölkədə “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçiriləcək-TƏDBİR
13-15 may tarixində Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi keçiriləcək. SİA-nın xəbərinə görə, bu gün Gülüstan sarayında "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresinə həsr olunan mətbuat konfransı təşkil olunub. Konqres Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Mətbuat konfransında çıxış edən Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev tədbir barədə ətraflı məlumat verib. O bildirib ki, "1-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi 2009-cu il mayın 9-11-də təşkil olunub və burada 16 xarici ölkə nümayəndəsi iştirak edib. K.Musayevin sözlərinə görə, bu il keçiriləcək "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresində isə 25-dən artıq ölkədən 200-ə yaxın kardioloq və kardio-cərrahlar iştirak edəcək.
"Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunalacaq. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər", - deyə o əlavə edib.
K.Musayev həmçinin qeyd edib ki, bu il ilk dəfə olaraq respublikadan və xarici ölkələrdən iştirakçıların www.bakuheartdays.az saytında elektron qeydiyyatı, eyni zamanda məqalə və tezislərin elektron qəbulu həyata keçirilib. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların konqres salonunda canlı yayımlanacağını deyən cəmiyyət sədri vurğulayıb ki, bu da "Bakı Ürək Günləri"nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək.
Mətbuat konfransın davamında çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini Firdovsi İbrahimov bütün dünyada kardiologiya sahəsinin böyük əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, bu konfrans vasitəsilə xaricdən gələn qonaqlarla qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək illərdə kardiologiyanın inkişafına təkan verəcək.
Azərbaycan Kardiologiya Cəmiyyətinin məsul katibi Ruslan Nəcəfov da bu konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyib. Konqresdə xarici mütəxəssilərə daha çox önəm verildiyini deyən R.Nəcəfovun sözlərinə görə, bu, Azərbaycan səhiyyəsi üçün yeni töhfələr verəcək.
Mətbuat konfransında çıxış edən Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev tədbir barədə ətraflı məlumat verib. O bildirib ki, "1-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi 2009-cu il mayın 9-11-də təşkil olunub və burada 16 xarici ölkə nümayəndəsi iştirak edib. K.Musayevin sözlərinə görə, bu il keçiriləcək "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresində isə 25-dən artıq ölkədən 200-ə yaxın kardioloq və kardio-cərrahlar iştirak edəcək.
"Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunalacaq. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər", - deyə o əlavə edib.
K.Musayev həmçinin qeyd edib ki, bu il ilk dəfə olaraq respublikadan və xarici ölkələrdən iştirakçıların www.bakuheartdays.az
Mətbuat konfransın davamında çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini Firdovsi İbrahimov bütün dünyada kardiologiya sahəsinin böyük əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, bu konfrans vasitəsilə xaricdən gələn qonaqlarla qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək illərdə kardiologiyanın inkişafına təkan verəcək.
Azərbaycan Kardiologiya Cəmiyyətinin məsul katibi Ruslan Nəcəfov da bu konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyib. Konqresdə xarici mütəxəssilərə daha çox önəm verildiyini deyən R.Nəcəfovun sözlərinə görə, bu, Azərbaycan səhiyyəsi üçün yeni töhfələr verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB