Nazirlik rəsmisi: "Bu il mərkəzləşdirilmiş buraxılış imtahanlarında ayrı-ayrı fənlər üzrə sualların sayında dəyişiklik edilib"
"Bu il mərkəzləşdirilmiş buraxılış imtahanlarında bəzi yeniliklər olacaq. Belə ki, buraxılış imtahanlarında şagirdlərin valideynləri həm imtahan rəhbəri, həm də nəzarətçi statusunda imtahanlarda iştirak edə biləcəklər". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva məlumat verib. o bildirib ki, cari il imtahanlarda digər bir yenilik sualların sayı ilə bağlı olacaq.
Sualların ümumi sayının eyni-120 qalmaqla fənlər arasında nisbətin dəyişdirildiyini deyən şöbə müdiri vurğulayıb ki, ayrı-ayrı fənlər üzrə sualların sayında dəyişiklik edilib. O söyləyib ki, əgər əvvəllər şagirdlər fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birindən 10 suala cavab verirdisə, artıq cari ildən bunların sayı 12 olacaq: "Kursu daha da geniş şəkildə əhatə etmək üçün şagirdlər 12 suala cavab verəcək. Bunun əvəzində isə ana dili və riyaziyyat üzrə fənlərin sayında dəyişiklik edilərək 21-ə endirilib. Azərbaycan tarixi və xarici dildən isə sualların sayı eyni-15 qalıb. Etiraf edək ki, V sinifdən tədris olunan fənnin bütün kursu 10 sualla qiymətləndirmək obyektivliyə xələl gətirə bilər. Ancaq sualların sayını artırmaq çətin deyil. Sualların ümumi sayını artırsaq, imtahanın digər parametrlərini pozmuş olarıq. Yəni, şagirdin 3 saatdan artıq oturaraq imtahanda sualları cavablandırması çox çətindir və hər bir şagird bunun öhdəsindən gələ bilməz. Sualların sayını artırsaq, təbii ki, imtahana verilən vaxtı da artırmalıyıq. Buna görə də biz sualların sayını eyni saxlamaqla fənnlər arasındakı balansı qoruduq".
Sualların çətinlik dərəcəsinə gəldikdə isə T.Hacıyevanın sözlərinə görə, bu işdə prinsip elə qoyulub ki, proseslər sadədən mürəkkəbə doğru gedilsin. O qeyd edib ki, ilbəil irəliləyişlər var və həm sual, həm də təşkilatçılıq baxımından əvvəlki illərdən fərqlilik hiss olunur. Nazirliyin şöbə müdiri vurğulayıb ki, bunun belə olması məqsədli şəkildə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB