İxtisas seçimi edən abituriyentlərin sayı açıqlandı

Həftəsonu ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

2467 ərizə isə yadda saxlanılsa da hələlik təsdiq edilməyib. İxtisas seçiminin sonuna 1 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...