TQDK 2011/2012-ci tədris ili üçün Rusiya Xalqlar Dostluğu Universitetinə Filologiya ixtisaslaşması üzrə magistraturaya Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edir.
TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Rusiya Xalqlar Dostluğu Universitetinə Filologiya ixtisaslaşması üzrə magistraturaya HS 020300 Xarici dil və ədəbiyyat (rus dili və ədəbiyyatı), HS 020400 Xarici dil (rus dili), HS 040300 Tərcümə (rus dili) ixtisasları üzrə bakalavr və ya digər ali təhsili olan, orta qiymət balı 4-dən (100 ballı şkalada 70-dən) aşağı olmayan və 2011-ci il fevralın 20-də keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsində ən azı 50 bal toplayan Azərbaycan Respublikası vətəndaşları sənəd verə bilərlər.
Ali təhsil müəssisələrinin magistrantları və magistr təhsili olanlar, həmçinin hərbi çağırışdan möhlət hüququ olmayanlar sənəd vermək hüququna malik deyillər.
Namizədlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB