Azərbaycanda 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətə start verildi
Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin başlanmasına həsr olunan dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan İSİM-in əhalinin sağlamlığı şöbəsinin müdiri, Azərbaycanda 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin milli əlaqələndiricisi Tofiq Musayev "Azərbaycanda 2011-2020-ci illərdə yol hərəkəti təhlüksəziliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin keçriilməsinə dair təkliflər" barədə məlumat verib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin həyata keçirilməsini planlaşdırır: "Dəyirmi masanın məhz mayın 11-i keçirilməsinin məqsədi bütün dünyada onilliyin eyni zamanda başlanmasına yönəldilməkdir. İctimai səhiyyənin bu aktual probleminin həllinə yönəldilmiş tədbirlərə qoşulması üçün ÜST tərəfindən Azərbaycana rəsmi müraciət olunub".
Tədbirin davamında çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədov vurğulayıb ki, ölkədə yol hərəkəti təhlükəsizliyi ictimai səhiyyənin ən əsas problemlərindəndir. Hesablamalara görə, yol-nəqliyyat hadisələri nəticəsində dünyada hər il 1,3 milyon insanın həyatını itirdiyini deyən direktor qeyd edib ki, yol-nəqliyyat qəzaları dünyada 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biridir: "Hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir ki, bu da gündə təxminən 1000 nəfər deməkdir. Proqnozlara görə, 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən ölüm halları 5-ci yerdə olacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq. Yol nəqliyyatı hadisələrinin qarşısının alınması və problemlərin həlli bir neçə sektorların birgə fəaliyyətini təmin edir. İnanırıq ki, 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin başlanması qarşıdakı 10 il üçün təhlükələrin qarşısını müəyyən dərəcədə alacaq".
Daha sonra çıxış edən ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin fövqəladə hallar üzrə hazırlıq və cavabvermə proqramı üzrə mütəxəssisi Samir Mehdiyev "Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyət (2011-2020-ci illər)" barədə ətraflı məlumat verib. O qeyd edib ki, ildən-ilə bütün dünyada yol hərəkəti gündəlik olaraq artmaqdadır. Ölüm hallarının daha çox 15-29 yaş arasında üstünlük təşkil etdiyini deyən S.Mehdiyev vurğulayıb ki, bu zaman ölüm riskinin 46%-i piyadaların, 48%-i avtomobildə olanların, digər 6%-i isə digərlərinin payına düşür.
Tədbirin davamında onillik fəaliyyətin başlanması və icrası ilə əlaqədar olaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB