Ərçivan qəsəbə körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR

Astara rayonunun Ərçivan qəsəbə körpələr evi-uşaq bağçası 1977-ci ildə sovxoz tərəfindən inşa olunmuş birmərtəbəli binada fəaliyyət göstərib. Bağçanın binası köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşüb.

2020-ci ilin yanvar ayında Heydər Əliyev Fondunun vəsaiti hesabına Ərçivan qəsəbə körpələr evi-uşaq bağçası üçün 80 yerlik müasir tipli binanın inşasına başlanıb, sentyabrda tikinti işləri başa çatdırılıb.

Heydər Əliyev Fondu tərəfindən körpələr evi-uşaq bağçasının yeni binasının inşası həyata keçirilib və 80 yerlik bina tikilib. Bağçada yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar var. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz olunub.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları quraşdırılıb.

Uşaq bağçasının istifadəyə verilməsini böyük sevinclə qarşılayan qəsəbə sakinləri ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yüksək diqqət və qayğıya görə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...