Təhsil Nazirliyi bu prosesi dayandırdı DİQQƏT

Təhsil Nazirliyi bu prosesi dayandırdı DİQQƏT

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com