"Bəzi ixtisaslarla bağlı məcburi təyinat sistemi tətbiq olunmalıdır" Deputat

"Bəzi ixtisaslarla bağlı məcburi təyinat sistemi tətbiq olunmalıdır" Deputat

Milli Məclisin komitə iclasında müzakirələr zamanı millət vəkili Rüfət Quliyev sovet dövründə olduğu kimi bəzi ixtisaslarla bağlı məcburi təyinat sisteminin yenidən tətbiq olunmasını təklif edib. SİA xəbər verir ki, millət vəkili kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislərin lazım olduğunu deyib.

“Bəzən müraciət edirlər ki, oğlum adi təhsillidir, niyə iş tapa bilmir? Baxıram ki, beynəlxalq hüquq, gömrük və digər ixtisasları bitiriblər. Amma bu gün bizə aqronomlar, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislər lazımdır. Bu gün aqronom gəzirsən ancaq 70 yaşlıları tapa bilirsən. Qardaş Türkiyədən aqronom gəlir, məsləhət verir, 2500-3000 min manat haqqın əks olunduğu çek yazır. Bizə mütəxəssislər lazımdır”, - deyə, o bildirib.

R.Quliyev tariflərin baha olması ilə bağlı məsələnin müzakirəsi üçün dövlət qurumlarının rəhbər şəxslərinin Milli Məclisə dəvət edilməsini təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə