Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətə başlama tarixi dəyişdi RƏSMİ

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətə başlama tarixi dəyişdi RƏSMİ

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsil oktyabrın 1-dən başlayacaq.

Qərara əlavə olunan yeni bəndə əsasən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris sentyabrın 15-dən başlayacaq.

Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə