İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi üçün Dövlət İmtahan Mərkəzinə göndərdiyi məktuba cavab verilib.
SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"Müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilmir. Bu, Təhsil Nazirliyi ilə müzakirə edilir və hökumətə göndərilir. Bununla bağlı bizim ətraflı məlumatımız yayılıb", -deyə DİM sədri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB