Karantin dövründə DİM 13 növ müxtəlif kütləvi tədbirlər keçirib RƏSMİ

Karantin dövründə DİM 13 növ müxtəlif kütləvi tədbirlər keçirib  RƏSMİ

İyunun 1-dən başlayaraq Dövlət İmtahan Mərkəzi (DİM) 13 növ müxtəlif kütləvi tədbirlər keçirib. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bunlar ənənəvi, elektron imtahanlar, müxtəlif növ müsahibələrdir. 288 min 637 nəfərə biliyin qiymətləndirilməsi xidməti göstərilib və pandemiya dövründə bütün sanitar normalara riayət olunub:

“İmtahanlarda hansısa yoluxma müşahidə olunmayıb. Sentyabrda 3 imtahan nəzərdə tutulub. Beləliklə, xidmət göstərdiyimiz insanların sayı 400 minə yaxınlaşacaq" - deyə, M. Abbaszadə bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə