Azərbaycan Dillər Universitetinin (ADU) 2 saylı tədris binasının akt zalında Filologiya fakültəsinin, 1 saylı İngilis dili fakültəsinin qiyabi, eləcə də 2 saylı İngilis dili fakültəsinin axşam şöbəsinin III kurs tələbələrinin pedaqoji təcrübəsinin yekunlarına həsr olunan konfrans keçirilib. ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, konfransda Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, ADU-nun Pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev, Pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev və tələbə-müəllim heyəti iştirak edib. Konfrans Azərbaycanın dilbər güşələrindən olan Şuşa uğrunda gedən mübarizədə, eləcə də vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov pedaqoji təcrübənin tələbələrin həyatda kamil insan kimi yetişməsində vacib rol oynadığını bildirib. Fakültə dekanı bir sıra tələbələrin pedaqoji təcrübədə olduqları orta məktəb rəhbərlərinin rəğbətini qazandığını və 14 tələbənin tərifnamə ilə təltif edildiyini vurğulayıb.
34 saylı məktəbdə təcrübə keçən və məktəbin ictimai həyatında fəal iştirak etdiyinə görə tərifnamə ilə təltif edilən Filologiya fakültəsinin 356-cı qrup tələbəsi Rauf Pənahəliyev pedaqoji təcrübənin müəllim kimi formalaşmaqda önəmli rol oynadığından danışıb. O, təcrübə keçdikləri məktəbdə bir sıra tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Digər çıxış edən tələbələr də pedaqoji təcrübənin əhəmiyyətindən danışıblar. Eyni zamanda, təcrübə müddətində əldə edilən biliklərin müqəddəs peşə yolunda mühüm əhəmiyyət kəsb etdiyini önə çəkiblər. Konfransda tələbələrin pedaqoji təcrübə fəaliyyətini və məktəblərin ictimai həyatında fəal iştiraklarını özündə əks etdirən video-slaydlar da nümayiş olunub. Tələbələr pedaqoji təcrübə müddətində biliklərin əldə edilməsində əməyi keçən şəxslərə təşəkkürlərini bildiriblər.
Sonra F.Cahangirov pedaqoji təcrübəni uğurla başa vuran tələbələrə tərifnamələri təqdim edib. ADU-nun Pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev təcrübə haqqında ətraflı məlumat verib. Pedaqoji təcrübə müddətinin 5 həftə davam etdiyini bildirən B.Həmzəyev təcrübənin uğurla başa çatdığını bildirib.
Qeyd edək ki, pedaqoji təcrübədə Filologiya fakültəsinin 180, 1 saylı İngilis dili fakultəsinin 62, 2 saylı İngilis dili fakultəsinin isə 46 tələbəsi Bakı şəhərinin 22 orta məktəbində təcrübə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB