Müəllim işləmək istəyən 2383 namizəd imtahan verir

Müəllim işləmək istəyən 2383 namizəd imtahan verir

Bu gün informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə