Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Hindistanın İngilis dili və digər Müasir Avropa dilləri Universitetinin professoru Abhijit Sen "Rabindranat Taqorun Teatrı: mədəniyyətlərarası eyniliklər" mövzusunda mühazirə oxuyub. ADU-nun İctimayyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, eləcə də həmin fakültənin Hindistanşünaslıq ixtisası üzrə təhsil alan II və IV kurs tələbələri iştirak edib.
Hindistanlı professor Abhijit Sen mühazirəsində Benqal ədəbiyyatı və musiqisini formalaşdıran şair, dramaturq, musiqiçi, rəssam Rabindranat Taqorun yaradıcılığından ətraflı məlumat verib. Rabindranat Taqorun qurucu yazılarına, milliyətçi ruhuna və beynəlmiləşmə anlayışına xüsusi önəm verdiyindən danışan A. Sen dramaturqun müasir Hindistanın qurucuları arasında güclü eklektisizminə (zidd fikirləri mexaniki birləşdirmə) görə fərqləndiyini bildirib.
R.Taqorun teatrda bir sıra müasir milli və beynəlxalq mədəni irslərin aşılanmasında rolu olduğunu vurğulayan professor buna Hindistanlı dahinin həm yazılarında, həm də tamaşalarında rast gəlindiyini qeyd edib. Onun sözlərinə görə, Taqor karyerasının ilk dövrlərində Qərb yaşayış formasının təsviri ilə yazılarına başlayıb və sonra tədricən bu tərzdən uzaqlaşmağa başlamışdır, yekunda isə Şərq mədəni izlərini daxil etməklə özünün "Rəqs teatrı" anlayışını təkmilləşdirib. O, Taqorun bir sıra mədəni irslərin, milli və beynəlmiləl anlayışların üzərində işləməklə yanaşı, müasir Hindistan teatrı üçün yeni modeller axtarışına çıxdığını da diqqətə çatdırıb: "Əgər o yeni Hind millətini təsəvvürünə gətirirdisə, hər zaman arzusunda olduğu mədəniyyətlərarası uyğunluğa aid olan bir yeni hind teatrını da bununla bərabər təsvir edirib".
A. Sen "Gitanjali" poemasının müəllifi kimi Taqorun Nobel mükafatına layiq görülmüş ilk qeyri – avropalı olduğunu da bilrdi. Bununla yanaşı, Taqor bir sıra hekayə, oçerk, şeir və 100-dən artıq sulu boya ilə çəkilmiş rəsmlərin müəllifi kimi də tanınır.
Sonra Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev çıxış edərək teatr sahəsində Azərbaycan və Hindistan arasında müəyyən oxşarlıqların mövcud olduğunu söylədi.
Sonda müxtəlif professorların Taqor haqqında söylədikləri fikirlərdən ibarət video-slayd nümayiş olundu. Qeyd edək iştirakçılar R. Taqorun rəsm əsərlərindən ibarət sərgi ilə də tanış oldular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB