Şimali Kiprdə pulsuz təhsil al!

Şimali Kiprdə pulsuz təhsil al!
2011 – ci il üçün Şimali Kiprdə yerləşən Girne Amerikan universiteti 30 Azərbaycan tələbəsi  üçün universitetdə güzəştli şərtlərlə təhsil imkanı verir. SİA-nın məlumatına görə, unlardan 20 pulsuz, 10 tələbə isə universitetdə yarı qiymətə təhsil ala biləcəklər. Bu qərar yalnız 2011 ci ildə universitetin bakalavr pilləsini sənəd verənlərə aiddir. Ətraflı məlumat almaq üçün 050 518 23 30 telefon nömrəsinə zəng edə və ya [email protected] e- mail ünvanına yaza bilərsiniz.
Universitetə qəbul olmaq üçün TQDK imtahanlarının balı tələb olunmur.
Şimalı Kiprin ən nüfuzlu universiteti haqda qısaca xülasə.
Bu Girne Amerikan universitetidir. Hazırda universitetdə 50 ölkədən tələbə təhsil alır. Təhsil sistemi sırf Amerika qaydaları əsasında qurulub. Bu da tələbələrə seçdiyi ixtisas üzrə keyfiyyətli təhsil almaq imkanı verir.
Universitetdə bir sıra fakültələr üzrə yüksək  keyfiyyətli təhsil həyata keçirilir. Bu barədə  Türkiyədə və digər xarici ölkələrdə oxuyan tanışlarınızdan soruşsanız  universitetin üstünlükləri haqda məlumat toplayacaqsınız. Əsas  üstünlükləri nəzərinizə çatdırırıq. Universiteti oxuyan tələbə təhsilini ikinci kursdan İngiltərədə və ya Sinqapurda davam etdirə bilər. Bunun üçün sadəcə fakültə üzrə məsul şəxslərə  müraciət etmək kifayət edir. Bu universitetin başqa bir özəlliyi odur ki, artıq universitetin ikinci kursunda təhsil alan tələbələr beynəlxalq şirkətlərdə işləyə bilərlər. Fakültələr haqda aşağıda ətraflı məlumat verilib.
Bakalavrda tədris olunan fakültələr
• Biznes və iqtisadiyyat
• Biznesin idarə olunması
• Bank işi və maliyyə
• Mühasibat
• İqtisadiyyat
• Marketinq
• Beynəlxalq biznesin idarə olunması
• Informasiya sistemlərinin idarə olunması
• Beynəlxalq əlaqələr
• Təbii ehtiyyatların idarə olunması və menecmenti
• İctimayətlə əlaqələr
• Jurnalistika, televiziya
• Radio, televiziya, kinematoqraf
• İngilis dilinin tədrisi
• Kompüter mühəndisliyi
• Sənayə mühəndisliyi
• Qrafik dizayn
• İnteryer dizaynı
• Media dizayn
• Psixologiya
• Ingilis dili
• Ədəbiyyat
• Hüquq
• Turizm, otel işi
• Aviasiya (aviasiyanın təşkili)
Universitetdə fəaliyyət göstərən magistr proqramları
• Biznesin idarə edilməsi
• Beynəlxalq menecment
• Maliyyə menecmenti
• Marketinq
• İqtisadiyyat
• İnformasiya sistemlərinin idarə edilməsi
• Beynəlxalq əlaqələr
• Jurnalistika və teleyayım
• Ictimayətlə əlaqələr
• Türizm və mehmanxana işi
• Beynəlxalq hüquq
• Sənaye mühəndisliyi
• Kompüter mühəndisliyi
• Elektrik mühəndisliyi
• Memarlıq
• Interyer dizaynı
• Tikinti idarəetməsi
• Türk dili və ədəbiyyat tədrisi
• Ingilis dilinin tədrisi
• Riyaziyyatın tədrisi
• Təhsilin idarə olunması və təhsilə nəzarət
• Təlim-tədris proqramının inkişafı
• Orta məktəb proqramının tədrisi
• Sosial psixologiya
• Səhiyyə idarəetmə
• Gender tədqiqatları
Qeyd etmək lazımdır ki, bu fakültələrdə təhsil praktik vəsaitlərdən aktiv istifadə ilə tədris olunur. Yəni, tələbə praktik olaraq otellərdə işləyir, bina tikintisi ilə məşğul olur və s. Onu da qeyd edək ki, tələbə artıq ikinci kursdan işləmək hüququ qazanır. Bu da onun qazancının öz xərclərini qarşılamağa kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə