Xaricdə distant təhsil alanların Azərbaycan məktəblərinə köçürülməsinə yol verilmir Təhsil Nazirliyi

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron köçürülmədə iştirak edə bilər. Bir semestr ərzində tələbə transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.

Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda müraciətləri əsasında baxılır.

Əgər tələbə bakalavriat səviyyəsində dövlət hesabına təhsil alırsa, orta ixtisas təhsili müəssisəsinə köçürülərsə, təhsilni yalnız ödənişli əsaslarla davam etdirir və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...