2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün 12 - 21 avqust 2020-ci il tarixlərində verilən link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, subbakalavrlar qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçərkən aldıqları orta ixtisas təhsilinə uyğun ali təhsil üzrə ixtisasları seçə biləcəklər. Hər bir subbakalavr ən çoxu 2 istiqamət üzrə 6 komissiyadan qeydiyyatdan keçə bilər. Xatırladaq ki, qeydiyyatdan keçən zaman uyğun ixtisaslar proqram təminatı vasitəsilə subbakalavra təqdim ediləcək.
Məşqçilik, Musiqi müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən subbakalavrların qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçməsi tələb olunmur. Onlar müsabiqədə bu ixtisaslar üzrə tələb olunan minimal müsabiqə şərtləri əsasında iştirak edəcəklər.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçməli və qabiliyyət imtahanında iştirak etməlidirlər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən subbakalavrlar xüsusi qabiliyyət imtahanları verməyəcək. Buna görə də qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Həmin subbakalavrlar Dizayn ixtisası üzrə müsabiqədə bu ixtisas üzrə tələb olunan minimal müsabiqə şərtləri əsasında iştirak edəcəklər.
Musiqi müəllimliyi ixtisasını öz ərizələrində qeyd etmək istəyən və musiqi məktəbini 2016-cı ilə qədər bitirən subbakalavrlar öz bitirdikləri musiqi məktəbi ilə şəxsən əlaqə saxlayıb musiqi təhsili haqqında məlumatlarını “Musiqi məktəbi-məzun” sisteminə daxil etdirməlidirlər.
Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarını öz ixtisas ərizələrində qeyd etmək istəyən subbakalavrlar qəbul olduqları təhsil müəssisəsinə sağlamlıq haqqında 086U formalı tibbi arayışı təqdim etməlidirlər.
Memarlıq ixtisasına qəbul olmaq istəyən subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün 2-6 sentyabr 2020-ci il tarixlərində qeydiyyatdan keçə biləcəklər.
2020/2021-ci tədris ilində qabiliyyət imtahanlarının keçirilməsi nəzərdə tutulan xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qeydiyyatdan keçmək üçün subbakalavr şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 1-ci və 2-ci nömrələrini nəşr edib.
"Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



