Səhiyyə Nazirliyində özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşmasına həsr olunmuş sərgi-seminar keçirilir.
SİA-nın Səhiyyə Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, ölkədə səhiyyə sektorunun ayrılmaz hissəsi olan özəl tibb və əczaçılıq sektorlarında vəziyyət daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir və dinamik inkişaf etməkdədir. Hazırda ölkəmizdə 252 ambulator, 72 stasionar və 266 stomatoloji xidmət edən özəl tibb müəssisələri fəaliyyət göstərir. Əczaçılıq sektorunda dərman vasitələrinin idxalı ilə məşğul olan 82 müəssisə və 554 aptek təşkilatları lisenziyalaşdırılıb.
Lisenziyalaşdırma prosesinin asanlaşdırması məqsədi ilə, yaxın bir il ərzində lisenziya müddəti bitən müəssisə rəhbərlərini Səhiyyə Nazirliyinin tələbləri ilə tanış etmək, onları maraqlandıran sualları cavablandırmaq və artıq lisenziyalaşmış müəssisələrdə təşkil olunmuş iş ilə həmkarları tanış etmək məqsədi ilə mayın 5-6-da Səhiyyə Nazirliyinin binasında özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunmuş sərgi-seminar keçirilir. Tədbirdə yaxın bir il ərzində lisenziyalarının müddəti bitən tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin rəhbərləri iştirak edir. İki gün ərzində 150 nəfərin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB