Dövlət qulluğu imtahanı ilə bağlı statistik məlumatlar açıqlanıb

3 avqust 2020-ci ildə inzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlər haqqında bəzi statistik məlumatlar açıqlanıb. DİM-dən SİA-ya verilən məlumata görə, DİM tərəfindən 3 avqust 2020-ci tarixində inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

İmtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası, gender aspektləri və s. haqqında bəzi statistik məlumatları təqdim edirik.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 67 nəfəri kişi, 30 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən 78 nəfər 20-39 yaş intervalında olanlardır. Bu namizədlərdən 15 nəfər imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 19 nəfərdən 1 nəfər lazımi nəticəni toplaya bilib.

AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 5 nəfərdən heç kim lazımi balı toplaya bilməyib. AB üzrə 23 nəfərdən 1 nəfər, AC üzrə isə 69 nəfərdən 15 nəfər test imtahanından uğurla keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 97 namizəddən 16 nəfəri (16.5%) müvəffəqiyyət əldə edib (67 kişidən 9 nəfəri, 30 qadından isə 7 nəfəri lazım olan balı toplayıb).

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 52 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Bu kateqoriyaya aid olanlardan 11 nəfər uğur qazanıb. İmtahanda iştirak edənlərdən 45 nəfərin məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlardan 5 nəfər uğur qazanıb.

Namizədlərin qeydiyyat ünvanlarına görə statistikasına nəzər salsaq 37 müxtəlif rayon və şəhər üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərin olduğunu görə bilərik. Daha çox Bakı (52 nəfər) sakinləri qeydiyyatdan keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...