Əjdər Ağayev: “İmtahanların yğışdırılması ilə onun xofu, sifarişlər, xahişlər aradan qalxır”

Əjdər Ağayev: “İmtahanların yğışdırılması ilə onun xofu, sifarişlər, xahişlər aradan qalxır”
Hər cür qiymətləndirmə sistemi, hər hansı bir imtahan nisbidir. Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti Əjdər Ağayev Azərbaycan Dillər Universitetində dövlət imtahanı və buraxılış işlərinin ləğvinə münasibət bildirərkən deyib. O, tez-tez imtahanların keçirilməsinin, uşağın sınağa çəkilməsinin əleyhinə olduğunu deyib. Onun fikrincə, bu uşaqları mənəvi, psixoloji cəhətdən yorur. Ə.Ağayev vurğulayıb ki, imtahan sadəcə bir qiymət vermək deyil, bu həm də kimin hansı qiymətə layiq oduğunu müəyyənləşdirir.

"Ola bilər ki, tələbə kredit sistemini ödəməyibsə, bu ali təhsilini 6-7 ilə də başa çatdıra bilər. Yaxşı haldır ki, imtahanların yğışdırılması ilə bunun xofu, sifarişlər, xahişlər aradan qalxır. Amma onda gərək imtahan olmasa da ilboyu alınan qiymətlərin yekunlaşdırılması meydana çıxsın ki, kim hansı dərəcədə institutu qurtarır. Onsuz da imtahan qurulanda bəzi xahişlərlə müxtəlif qiymətlər yazılır. Ondansa ali məktəblə tələbə imtahansız yekunlaşsın. Amma yekun qiymətləri fərdi çıxarılsın və orada bilinsin ki, kim yüksək, kim yaxşı, kim kafi biliyə malikdir", - deyə o əlavə edib.

Bunun digər ali məktəblərdə tətbiq olunmasına gəlincə Ə.Ağayev qeyd edib ki, hər bir ali məktəb öz nizamnaməsinə görə hərəkət etməlidir. Onun fikrincə, əgər digər ali məktəblərin nizamnamələrində belə bir maddə varsa ki, elmi şura hər hansı bir imtahanla bunu təsdiq edə bilər, o zaman bu, digər universitetlərdə də tətbiq oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə