Səhiyyə Nazirliyində sərgi-seminar keçirilir

Səhiyyə Nazirliyində sərgi-seminar keçirilir

Ölkəmizin səhiyyə sektorunun ayrılmaz hissəsi olan özəl tibb və əczaçılıq sektorlarında vəziyyət daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir və dinamik inkişaf etməkdədir.


Nazirlikdən SİA-ya verilən xəbərə görə, hazırda ölkəmizdə 252 ambulator, 72 stasionar və 266 stomatoloji xidmət edən özəl tibb müəssisələri fəaliyyət göstərir. Əczaçılıq sektorunda dərman vasitələrinin idxalı ilə məşğul olan 82 müəssisə və 554 aptek təşkilatları lisenziyalaşdırılıb.


Lisenziyalaşdırma prosesinin asanlaşdırması məqsədi ilə, yaxın bir il ərzində lisenziya müddəti bitən müəssisə rəhbərlərini Səhiyyə Nazirliyinin tələbləri ilə tanış etmək, onları maraqlandıran sualları cavablandırmaq və artıq lisenziyalaşmış müəssisələrdə təşkil olunmuş iş ilə həmkarları tanış etmək məqsədi ilə 5 – 6 may 2011-ci il tarixlərində - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin binası, elektron kitabxanasının zalında özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunmuş sərgi-seminar təşkil olunacaq.

Tədbirdə yaxın bir il ərzində lisenziyalarının müddəti bitən tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin rəhbərləri iştirak edəcək. İki gün ərzində 150 nəfərin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə