Məleykə Abbaszadə: “Ali məktəblərə qəbul zamanı orta məktəb qiymətlərini nəzərə ala bilərik”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının bir metodoloji müstəvidə birləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. SİA-nın xəbərinə görə, M.Abbaszadə söyləyib ki, bu istiqamətdə hansısa dəyişikliklər populist formada yox, elmi əsaslarla aparıla bilər.
TQDK sədri vurğulayıb ki, qəbul imtahanları müsabiqə imtahanlarıdır. Orta məktəblərdə attestat imtahanları şagirdlərin orta səviyyəsini müəyyən edir: "Ali məktəblərə qəbul və orta məktəblərdə attestat imtahanlarının məqsədləri müxtəlifdir. Hər imtahanın bir məqsədi ola bilər, iki məqsədli imtahan ola bilməz. Təhsil Qanununa əsasən, birinci mərhələdə olan attestat imtahanının nəticələrini yeni qəbul qaydalarında nəzərə alıb, attestat qiymətlərinə əsasən abituriyentlərə müəyyən bal vermək istərdik. Amma buna görə attestat qiymətləri və imtahanda şagirdlərin göstərdikləri nəticə heç olmasa imtahan verdiyi fənlər üzrə üst-üstə düşməlidir. Hələ ki bu prosesı izləyirik. Lakin hələ demək olmaz ki, müsbət nəticə əldə olunub".
Məleykə Abbasova bildirib ki, bu il birinci dəfə orta məktəbi bitirərək medal alan şagirdlər ali məktəblərə qəbul imtahanları verəcəklər: "Biz imtahandan sonra orta məktəbi medalla bitirənlərin, əlaçı uşaqların qəbul imtahanında göstərdiyi nəticələrini araşdıracağıq. Biz görsək ki, heç olmasa ölkə üzrə 70 faiz məktəbdə aparılan qiymətləndirmə ali məktəbə qəbul imtahanı zamanı aparılan qiymətləndirmə ilə prosesinin nəticəsi bir-birini təsdiqləyir, o zaman biz ali məktəblərə qəbul zamanı orta məktəb qiymətlərini nəzərə ala bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB