9-11 sinif şagirdləri arasında keçirilən fənn olimpiyadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Bu gün Təhsil Nazirliyində 9-11 sinif şagirdləri arasında keçirilən fənn olimpiyadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, millət vəkilləri və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Misir Mərdanov bildirib ki, fənn olimpiyadaları istedadlı şagirdlərin aşkara çıxarılmasında xüsusi əhəmiyyət kəsb etməklə yanaşı məktəblilər arasında sağlam rəqabətin yaranmasına və keyfiyyətli təhsil almağa imkanlar açır. O bildirib ki, məktəblərin fənn olimpiyadaları 3 mərhələdə təşkil olunub və bu il fənn olimpiyadasına bir sıra dəyişikliklər edilib. Cari ildə fənn olimpiyadalarının sayının artırıldığını deyən nazir qeyd edib ki, əvvəllər bu Riyaziyyat, Fizika, Kimya, Biologiya fənnləri üzrə təşkil olunurdusa, bu ildən Ədəbiyyat, Tarix və İnformatika fənnləri də buraya əlavə edilib: " Bu il respublika üzrə 347 052 nəfər 9-11 sinif şagirdlərindən 29 322 nəfəri birinci turda, 11 123 nəfəri 2-ci turda, 1 132 nəfəri isə respublika turunda iştirak edib. Olimpiyadada Azərbaycan dili və Ədəbiyyat fənni üzrə 233 şagirddən birinci yerə 4, ikinci yerə 9, üçüncü yerə 12, dördüncü yerə 66, Azərbaycan tarixi fənni üzrə 214 iştirakçıdan 1-ci yerə 3, 2-ci yerə 8, 3-cü yerə 11, 4-cü yerə 31, Riyaziyyat fənni üzrə 168 iştirakçıdan 1-ci yerə 4, 2-ci yerə 7, 3-cü yerə 12, 4-cü yerə 35, Fizika fənni üzrə 121 iştirakçıdan 1-ci yerə 4, 2-ci yerə, 3-cü yerə 9, 4-cü yerə 17, Kimya fənni üzrə 142 iştirakçıdan 1-ci yerə 7, 2-ci yerə 8, 3-cü yerə 11, 4-cü yerə 30, Biologiya fənni üzrə 216 iştirakçıdan 1-ci yerə 4, 2-ci yerə 3, 3-cü yerə 6, 4-cü yerə 72 və İnformatika üzrə 38 iştirakçıdan 1-ci yerə 4, 2-ci yerə 5, 3-cü yerə 5 nəfər layiq görülüb. Ümumilikdə 1132 iştirakçıdan 30 nəfər 1-ci, 40 nəfər 2-ci 66 nəfər 3-cü və 256 nəfər isə 4-cü yerə layiq görülüb".
Tədbirin davamında çıxış edən qonaqlar olimpiyada qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirin davamında çıxış edən qonaqlar olimpiyada qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB