Azərbaycanda qiyabi təhsil distant təhsilə keçə bilər

Azərbaycanda qiyabi təhsil distant təhsilə keçə bilər
Son illərdə axşam məktəblərinin və orada təhsil alan şagirdlərin sayı minimuma qədər azaldılıb. SİA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, onların sayının azaldılması istiqamətində işlər gələcəkdə də aparılacaq: "Həqiqət ondan ibarətdir ki, hələlik bizdə axşam və qiyabi təhsillə bağlı o qədər də ciddi iş aparılmır. Ona görə də istəyirik ki, axşam məktəblərinin və qiyabi təhsilin sayı minimuma endirilsin. Qiyabi təhsilin distant təhsilə keçməsi ilə bağlı da danışıqlar gedir. Müvafiq iş aparılır. Ancaq real addım atmaq üçün biz hələ tam hazır deyilik".

Bütün xəbərlər Facebook səhifəmizdə