Misir Mərdanov: "Büdcənin və ölkənin imkanı olduğu halda dövlət başçısı müəllimləri diqqət mərkəzində saxlayır"
"Müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı qərar ölkə başçısı tərəfindən verilir. Büdcənin və ölkənin imkanı olduğu halda dövlət başçısı müəllimləri diqqət mərkəzində saxlayır və onların əmək haqqları artırılır". SİA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan MDB məkanında müəllimlərin aklada əsasən əmək haqqına görə, orta yerləri tutur, ortadan aşağı heç zaman düşmür.
Təhsil naziri qarşıdan gələn "son zəng" ərəfəsində pul yığılması məsələsinə də münasibət bildirib. O söyləyib ki, hər hansı bir bayramlarda pul yığılma məsələləri gündəmdən çıxır: "8 mart bayramında bu məsələ xətasız ötüşdü . "Son zəng"də bu ondan daha yüksək səviyyədə təşkil olunacaq. "Son zəng"in qeyd edilməsi hər məktəbin özünə həvalə ediləcək. Təbii ki, biz istəmirik ki, uşaqlar kütləvi şəkildə bir yerə yığışıb məktəbdən kənara çıxsınlar. Çünki şagirdlər kənara çıxdıqda bizim əxlaq və tərbiyəmizə yaraşmayan hadisələr baş verir. Ona görə də biz bunlara yol verməməliyik. Hər məktəb bu məsələləri öz səviyyəsində keçirsə, yaxşı olar".
Təhsil işçilərinin dövlət qulluğu statusu alması məsələsinə gəlincə Misir Mərdanov qeyd edib ki, bununla bağlı hazırda müzakirələr aparılır. Məsələnin həll edilməsinin hökumətə tapşırıldığını deyən nazir bunun üçün üç ay vaxt verildiyini söyləyib. Nazir qeyd edib ki, bununla bağlı nazirliyin də öz fəaliyyəti var və yaradılan qurum bu işlərlə məşğul olur. 65 yaşdan yuxarı 30 mindən çox müəllimin təqaüdə göndərilməsinin hansı səviyyədə aparılacağına gəlincə isə Misir Mərdanov parlamentdə çıxacaq qanunu gözləməyi məsləhət bilib. Onun sözlərinə görə, bu qanun qəbul edildikdən sonra onun necə həyata keçirilməsi barədə razılıq əldə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB