Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 1292 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 1292 müraciət daxil olub
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64) aprel ayında 1292 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 572-si şikayət xarakterli müraciətlərdir, 407-si – sorğu xarakterli, 75-i isə aidiyyəti üzrə deyil. "Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə